İKT

"Nokia" yeni qatlanıb açılan telefonunu təqdim etdi – VİDEO
06 SENTYABR
113

"Nokia" yeni qatlanıb açılan telefonunu təqdim etdi – VİDEO

2019-09-06 09:32:00

"Nokia" şirkəti qatlanıb açılan "Nokia 2720 Flip" modelinin buraxılışını elan edib.

Fins.az xəbər verir ki, telefon Berlindəki beynəlxalq IFA elektronikası sərgisində nümayiş etdirilib.

"Nokia 2720 Flip" 2,8 düym ekrana malikdir, "WhatsApp" və "Facebook" da daxil olmaqla, müasir proqramları dəstəkləyir. Bundan başqa, ona "Google"dən səs assistenti müəyyən edilib.

Yeni modelin satışına bu ay başlanılacaq, onun qiyməti 89 avro (167 manat) təşkil edəcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır