İKT

Azərbaycanda dövlət qurumlarının kibertəhlükəsizliklə bağlı etdiyi sorğuların sayı azalıb
03 SENTYABR
103

Azərbaycanda dövlət qurumlarının kibertəhlükəsizliklə bağlı etdiyi sorğuların sayı azalıb

2019-09-03 15:14:00

Bu ilin avqust ayında Azərbaycanda kompüter təhlükəsizliyi ilə bağlı dövlət strukturları tərəfindən açılmış sorğuların sayı iyul ayı ilə müqayisədə 20,6% azalaraq 280 ədəd təşkil edib.

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzindən  verilən məlumata görə, avqust ayı ərzində mərkəzə daxil olan sorğulardan 91,7%-nə baxılıb və təmin edilib. 

Mərkəz tərəfindən informasiya təhlükəsizliyi üzrə audit keçirilərək, müvafiq dövlət qurumlarına 23 hesabat təqdim edilib.

Mərkəzdən verilən məlumata əsasən, cari ilin avqust ayında Azərbaycan internet məkanında dövlət qurumlarına aid 11 domen və 18 subdomen qeydiyyatdan keçib.

Ümumilikdə, cari ilin yanvar-avqust aylarının nəticələrinə görə, kompüter təhlükəsizliyi ilə bağlı müraciətlərin ümumi sayı 2509 təşkil edib. Qeyd olunan dövr ərzində ümumi sorğunun 93,6%-i baxılıb və təmin edilib. Bu müddət ərzində aparılan informasiya təhlükəsizliyinin yoxlanışı əsasında 162 hesabat hazırlanaraq müvafiq strukturlara göndərilib. Yanvar-avqust ayları ərzində Azərbaycanın internet seqmentində 35 domen və 62 subdomen qeydiyyata alınıb.

© APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır