İKT

“Android” üçün proqram qəflətən zərərverici xüsusiyyətə malik olub
03 SENTYABR
85

“Android” üçün proqram qəflətən zərərverici xüsusiyyətə malik olub

2019-09-03 13:27:00

Rusiyanın "Kasperski Laboratoriyası" şirkətinin məlumatına görə, PDF formatında faylların yaradılması və simvolların optik tanıması üçün populyar "CamScanner" proqramı qəflətən zərərverici xüsusiyyətə malik olub. Həmuin proqram 100 milyon dəfədən çox yüklənilib.

Fins.az-a ICTnews-a istinadən bildirir ki, ekspertlərin sözlərinə görə, tərtibatçılar sözügedən proqrama zərərverici modullu reklam kitabxanası əlavə etdikdən sonra o, istifadəçilər üçün təhlükə yaratmağa başlayıb. Proqramda onun resurslarında olan şifrlənmiş fayldan başqa zərərverici modulu çıxarıb işə salan dropper imkanı əlçatan olub.

Nəticədə virusa yoluxdurulmuş qurğu modul sahiblərinə fayda gətirməyə başlayır: zəhlə tökən reklamların nümayişi, ödənişli abunələrə qeyd olmaqla istifadəçinin mobil hesabından pul oğurlanması və sairə.

"Kasperski Laboratoriyası" bu barədə "Google" şirkətinə xəbərdarlıq etdikdən sonra həmin zərəverici proqram "Google Play"dən silinib. Həmçinin "CamScanner" tərtibatçıları proqramın son yeniləməsində zərərverici kodu ləğv ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır