İKT

Azərbaycanda noutbukların satışı artıb
03 SENTYABR
67

Azərbaycanda noutbukların satışı artıb

2019-09-03 13:21:00

Bu ilin avqust ayı ərzində portativ kompüterlərin (noutbuk və netbukların) Azərbaycanda bazar payı 0,65 faiz bəndi artıb.

Fins.az-ın məlumatına görə , noutbukların bazar payı sentyabrın 1-nə 57% təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,5 faiz bəndi azdır.

Mərkəzin məlumatına əsasən, cari ilin avqust ayı ərzində ölkə üzrə masaüstü kompüterlərin bazar payı iyul ayı ilə müqayisədə 0,55 faiz bəndi azalaraq sentyabr ayının 1-nə 41,7% təşkil edib. Bu isə ötən ilin müvafiq göstəricisi ilə müqayisədə 5,44 faiz bəndi çoxdur.

Hesabatda sentyabr ayının 1-nə olan məlumata görə, ölkə üzrə planşet kompüterlərin bazar payı 1,37% təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə isə 0,94 faiz bəndi azdır. Bu seqment üzrə avqust ayı ərzində (iyul ayı ilə müqayisədə) 0,08 faiz bəndi azalma müşahidə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır