İKT

İnsan orqanlarını saniyələr ərzində necə çap etmək mümkündür?
02 SENTYABR
107

İnsan orqanlarını saniyələr ərzində necə çap etmək mümkündür?

2019-09-02 17:14:00

Yaxın gələcəkdə bu texnologiya vasitəsilə,  çap olunmuş  versiyalardan istifadə etməklə  donor orqanlardan qurtulmaq imkanı yaranacaq. Lakin bu gün orqanların 3D çapı ilə bağlı texnologiyadan asılı olan bir əhəmiyyətli məsələ var. Məhz bu problemi İsveçrə alimləri həll edə bilməyiblər.

Orqanları necə çap edirlər?

3D çap zamanı  (nə yazdığınızın fərqi yoxdur - plastik bir hissə və ya orqan), son forma olaraq  material qat-qat tətbiqlə yaradılır. Bu, mürəkkəb quruluşlu daxili orqanların yaranmasına imkan yaradır. Lakin bu zaman ən çatışmayan şey - vaxtdır. Bir orqanın çapına çox böyük zaman və resurslar lazımdır.

Ancaq eyni vaxtda orqan meydana gətirməyə imkan verən həcmli bioçapetmə  üsulu da var. Bu üsul onunla fərqlənir ki, hüceyrələrdən ibarət olan xüsusi qarışığa növbəli şəkildə müxtəlif yerlərdən materialı fiksasiya edən (3D modelin yalnız müəyyən hissəsini göstərən) xüsusi proyektordan lazer verilir. Proyektorun şüası nəticəsində toxumalar sərtləşir və gələcək orqan alınana qədər bu davam edir.

 

İsveçrədəki bir qrup alim bu metoddan istifadə edərək, kök hüceyrələri olan biokomponentli bir hidrogeldə mürəkkəb toxuma formaları yaratmağa imkan verdiklərini qeyd ediblər. Həmçinin bu toxumalardan inkişaf etmiş  qan dövranı sistemli orqan yaratmaq olar. Ancaq burada ən təəccüblüsü, çap prosesinin cəmi bir neçə saniyə çəkməsidir. 

Həcmli çap qısa müddət ərzində yeni, funksional orqanların yaranmasına imkan verə bilər. Bununla məşğul olan alimlərdən  biri, Damien Lottery deyib ki, bu texnologiya  daha sürətlidir və hüceyrənin həyat qabiliyyətini itirmək təhlükəsi yoxdur.

Elm adamları ürək klapanından, ağciyər arteriyasından və femurdan artıq uğurla (və ən əsası tez) çap toxumalarını əldə ediblər. Bundan əlavə, çap toxumaları və orqanlar, qaraciyər və öd kisəsi kimi bir-biri ilə əlaqəli struktur yaratmaq üçün də istifadə edilə bilər. Alimlər deyirlər ki,  bu, yalnız başlanğıcdır. İnanırıq ki, orqan və toxumaların kütləvi istehsalına başlamaq üçün metodumuz asanlıqla genişlənə bilər. Transplantasiya üçün  immun reaksiyasına səbəb olmayan "personallaşdırılmış" orqanlar yarana biləcəyi də mümkündür . 

İndi alimlər genişmiqyaslı klinik sınaqlar keçirməyi hədəfləyirlər. Eyni zamanda müəlliflərə görə onların texnologiyası təkcə donor xidmətinin ehtiyaclarını deyil, canlı toxumalara təcili olaraq ehtiyac duyan müxtəlif tədqiqat laboratoriyalarını da təmin edə bilər.

© Ted.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır