İKT

Huami 100 milyondan çox daşınabilən ağıllı cihaz satıb
02 SENTYABR
81

Huami 100 milyondan çox daşınabilən ağıllı cihaz satıb

2019-09-02 15:53:00

Huami Technology 2014-cü ildə təsis edilib. Şirkət Xiaomi-nin məşhur Mi Band fitness bilərzik seriyasının istehsalçısı kimi tanınır. Bundan əlavə, onun şəxsi Amazfit ağıllı saatları və digər daşınabilən cihazlar xətti var ki, bunlar dizaynı, funksiyaları və əlverişli qiymətləri sayəsində alıcılar arasında məşhurlaşıb.

Fins.az xarici mətbuata istinadən xəbər verir ki, Xiaomi tərəfindən dəstəklənən Çin şirkəti yaxınlarda Nyu-York Fond Birjasında (NYSE) qeydiyyatdan keçib və 110 milyon dollar məbləğində maliyyə cəlb edib. Bir neçə gün əvvəl Çində keçirilən tədbirdə Amazfit GTS, Amazfit Sports Watch 3  və Amazfıt X ağıllı saat konsepti təqdim edilib.

Yeni saatların işə salınmasına həsr olunmuş bu tədbirdə Huami səlahiyyətliləri, ilin ikinci rübünə aid maliyyə nəticələrini və qurulduğu gündən etibarən ümumi satışları barədə məlumat açıqlayıb. Şirkət, hal-hazırda bütün dünyada özünün 100 milyon daşınabilən ağıllı qacetlərini satdığını söyləyib. Bu nəticə ilə Huami-ni belə məhsulların ən uğurlu təchizatçılarından biridir.

Şirkət bildirib ki, 2019-cu ilin ikinci rübündə onun mədaxili 1 milyard yuan və ya təxminən 140 milyon dolları ötüb. Bir il əvvəl oxşar dövrlə müqayisədə satış 36,6% artıb. Bundan başqa, hesabat dövründə şirkət 8,3 milyondan çox qurğu göndərərək tədarükü 53,7% artırıb.

© Ted.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır