İKT

İtaliyada real alov effekti ilə dünyanın ilk mebelini yaratdılar - VİDEO
02 SENTYABR
86

İtaliyada real alov effekti ilə dünyanın ilk mebelini yaratdılar - VİDEO

2019-09-02 15:50:00

İtalyan memarları dünyanın real alov effekti olan ilk mebelini yaradıblar.  

Fins.az xəbər verir ki, qeyri-adi yenilik real alovdan seçilməyən mebel yaratmaq məcburiyyəti ilə üz-üzə qalan italyan memarlara və mühəndislərə aiddir.

Alovun real görünüşü kömürlərin yandığı zaman çıxan səslə müşayiət olunur. Bundan əlavə, bu mebelin sahibləri real alov qoxusunu hiss edə bilirlər. Bu, daxili esansiyaların və ya yağların yayılma sistemi ilə mümkünləşir.

Yenilikdəki alov effekti Himalay dağlarında 250 milyon il əvvəl yaranmış və 80-dən çox təbii mineral özündə birləşdirən çəhrayı Himalay duzu (halit) vasitəsilə əldə edilir. Duz kristalları, işığı aşağı hissədə yerləşən LED-lərdən keçirir. LED işıqların hər biri əvvəlcədən təyin edilmiş rejimdə işləyir, alovlanır və sönür. Nəticədə süni kömürlər parıldayır.

Duz kristallarının altındakı qızdırıcının istifadəsi insan sağlamlığı üçün faydalıdır. Qızdırıcı havanı ionlaşdıraraq bakteriyalardan və göbələklərdən təmizləyir.

© Ted.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır