İKT

"Twitter"in işində problemlər yaranıb
02 SENTYABR
66

"Twitter"in işində problemlər yaranıb

2019-09-02 12:45:00

Bir sıra ölkələrdən olan istifadəçilər "Twitter" qısa mesaj xidmətində nasazlıqdan şikayətlənirlər.

Fins.az-ın məlumatına görə, bu barədə "Downdetector" saytında xəbər verilib.

Məlumata əsasən, xidmətdəki texniki nasazlıqlar əsasən Yaponiya, ABŞ, Böyük Britaniya, İspaniya, Fransa və digər ölkələrdə müşahidə olunur. Rusiya sakinləri də problemlərlə üzləşiblər - ən çox şikayət Moskvadan gəlib.

Əksər şikayətlər veb-saytdakı problemlərlə bağlı olub (45%).

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır