İKT

Kaspersky Lab: "Hər dörd smartfon istifadəçisindən üçünə hər ay spam zənglər gəlir"
23 AVQUST
113

Kaspersky Lab: "Hər dörd smartfon istifadəçisindən üçünə hər ay spam zənglər gəlir"

2019-08-23 14:43:00

“Kaspersky Lab” şirkətinin məlumatına görə*, hər dörd smartfon istifadəçisindən üçünə (72%) hər ay spam zənglər gəlir. Spamerlər daha çox cümə axşamı və cümə günləri, 16.00-18.00 saat aralığında zəng edirlər.

Fins.az arzuolunmaz zənglər siyahısının onluğuna kollektorlar və reklam zəngləri, riskli maliyyə əməliyyatları və investisiya təklifləri daxildir.

“Spam zənglər abonentləri bərk əsəbləşdirir. Hesablamalarımıza görə, naməlum nömrələrdən gələn zənglərin spam olma ehtimalı 70%-ə bərabərdir. Buna görə də telefon zəngini cavablandırmadan kimin zəng etdiyini müəyyənləşdirən həllərə təlabat artır. Bu həllər sizə xüsusilə də məşğul olduğunuz vaxtlarda lazımsız danışıqlardan qaçmağa yardım edəcək." deyə  “Kaspersky Lab” şirkətinin sistem analitiki Dmitri Volqin vurğulayıb.

Telefon spamından və fırıldaqçılıqdan qorunmaq üçün şirkət “Kaspersky Who Calls” həllini təklif edir. Proqram tanımadığınız nömrədən kimin zəng etdiyini dərhal öyrənməyə imkan verir. Əməliyyat sistemindən asılı olaraq həll elə zəng zamanı təşkilatın/nömrənin sahibinin adını və zəngin kateqoriyasını təyin edir. Məsələn,  “kredit”, “çatdırılma xidməti” və s. Bununla belə, “Kaspersky Who Calls” həlli istifadəçinin mobil nömrəsini tələb etmir və onun şəxsi məlumatlarını indeksləşdirmir.

*Məlumatlar 2019-cu ilin aprel-iyul aylarında “Kaspersky Who Calls” həllinin anonim statistikasından istifadə edilərək əldə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır