İKT

LG Snapdragon 425-in əsasında 160 dollar dəyəri olan smartfon təqdim edib
08 AVQUST
84

LG Snapdragon 425-in əsasında 160 dollar dəyəri olan smartfon təqdim edib

2019-08-08 11:50:00

Bazardan asılı olaraq, yeni smartfon müxtəlif adlara sahib olacaq və tezliklə satışa çıxarılacaq.

Fins.az TED.az-a istinadən xəbər verir ki, yenilik X2 (2019) və ya K30 (2019) adını daşıyır. O, «Snapdragon 425» prosessorunun əsasında qurulub. Model 160 dollar dəyərində olacaq. Bu dəyərə olan cihaz 5,45 düym ekran, 5 Mp ön kamera və 13 Mp modullu əsas kameraya sahibdir.

Operativ yaddaş 2 GB, daxili yaddaş isə 32 GB olacaq. Modelin müstəqil işləməsi üçün batareya 3000 mAs-a cavab verəcək. 147x71,5x8,2 mm ölçülü smartfonun çəkisi 147 qramdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır