İKT

Bədən temperaturu ilə enerji yığa bilən saat – VİDEO
07 AVQUST
142

Bədən temperaturu ilə enerji yığa bilən saat – VİDEO

2019-08-07 17:48:00

Dünyanın ən böyük texnoloji sərgisi CES 2019-cu ildə yeni məhsullar təqdim edir.

Fins.az xəbər verir ki, “Matrix” adlı şirkət yeni ağıllı saat – “PowerWatch 2”  modelini nümayiş etdirib. İlk buraxılışı ağ-qara olmasına baxmayaraq,  növbəti dəfə model  3 sm ölçüdə rəngli olaraq təqdim olunub. Bundan  öncəki modeldə  mövcud olan və bədənin istiliyi ilə enerji yığma xüsusiyyəti yeni modeldə də  yer alıb. Bu özəlliyə sahib olan cihaz günəş enerjisi ilə işləyir.

“PowerWatch 2” digər məşhur saatlar üçün konfiqurasiya edilmiş ən böyük oxa malik deyil və kənar tətbiqləri dəstəkləmir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır