İKT

Amerikalı sənətkar dünyanın ən kiçik oyun noutbukunu yaradıb – VİDEO
07 AVQUST
103

Amerikalı sənətkar dünyanın ən kiçik oyun noutbukunu yaradıb – VİDEO

2019-08-07 16:19:00

Sürətlə inkişaf edən texnologiyalar əsrində bizi nəyləsə təəccübləndirmək çətindir, amma sənətkar Pol Klinger buna nail olub. Onun kəşfi ThinkTiny adlanır – bu, “Lenovo ThinkPad” populyar noutbukun miniatür geymer versiyasıdır.

Fins.az TED.az-a istinadən xəbər verir ki, bu "körpə"ni idarə etmək üçün Klinger ona daha miniatür qırmızı "TrackPoint" coystik-düymə quraşdırıb. Lakin ekzotikanın həvəskarları çox da sevinməsinlər: kiçik qacetin imkanları onun ölçülərinə uyğun gəlir. O, hətta ilk Doom-un öhdəsindən gələcək gücdə deyil. Snake, Tetris və Lunar Lander – bu, yeniliyin qadir olduqları oyunlardır.

ThinkTiny-nin əsasını 128x64 göstəricili OLED ekranla birləşdirilmiş miniatür kontroller ATtiny 1614 təşkil edir. Bütün bunlar 3D-printerdə çap olunmuş "Think" loqotipi ilə tamamlanan korpusda yerləşdirilib.

Klinger "körpəsini" satmaq niyyətində olmadığını bildirir və bunun üçün iki səbəbi var. Birincisi, ThinkTiny yaradılmasına çox vaxt və pul sərf edilib. İkincisi, “Lenovo” şirkəti onun bir sıra işləmələrindən qanunsuz istifadə etdiyinə görə ona "məhkəmə mini-iddiası" qaldıra bilər.

Lakin kimsə belə bir miniatür cihaz sahibi olmaq istəsə, o, Paul Klingerin  özünün GitHub səhifəsində qoyduğu məlumatlardan istifadə edərək cihazı müstəqil yığa bilər. Səhifədə proqram kodu və montaj üçün addım-addım təlimat, o cümlədən mini-noutbuk yaratmaq üçün lazım olan demək olar ki, hər şey var.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır