İKT

Azərbaycan dövlət qurumlarına proqram təminatı lisenziyaları ödənişsiz təqdim edilir
06 AVQUST
93

Azərbaycan dövlət qurumlarına proqram təminatı lisenziyaları ödənişsiz təqdim edilir

2019-08-06 10:03:00

Azərbaycan dövlət qurumlarından öncədən toplanmış lisenziya tələbatına əsaslanaraq lisenziyalar paylanılır.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Fins.az-a verilən məlumata görə, qısa müddət ərzində 10-dan çox dövlət qurumuna “Microsoft Windows 10”, “Microsoft Server” və “Microsoft 365” tam ödənişsiz olaraq təqdim olunub. Bu istiqamətdə işlər daha intensiv şəkildə davam etdirilir və avqust ayının sonuna qədər bütün dövlət orqanlarının ödənişsiz lisenziyalaşdırılması planlaşdırılır. Hazırda dövlət qurumları govlicense.az saytına daxil olaraq müvafiq lisenziyaları rahat şəkildə vahid pəncərədən idarə edə bilərlər.

Qeyd edək ki, ilkin mərhələdə təhsil ocaqlarına və tələbələrə lisenziyaların paylanmasına başlanılıb. Nazirlik ölkədə əqli mülkiyyət hüquqlarının qorunması və innovasiya ekosisteminin inkişaf etdirilməsi məqsədilə “Microsoft” şirkəti ilə əməkdaşlıq edir. “AzInTelecom” MMC “Microsoft”la imzaladığı saziş çərçivəsində operator qismində bu sahədə fəaliyyət göstərir. 

Layihənin icrası ölkə üzrə proqram təminatlarından qeyri-qanuni şəkildə lisenziyasız istifadə səviyyəsinin azalmasına səbəb olacaq. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır