İKT

“Alphabet” ehtiyatların həcminə görə “Apple” şirkətini ötüb keçdi
02 AVQUST
131

“Alphabet” ehtiyatların həcminə görə “Apple” şirkətini ötüb keçdi

2019-08-02 16:16:00

Bu, səhmdarların təzyiqinə səbəb ola bilər. 

2019-cu ilin birinci yarısının nəticələrinə görə, “Alphabet” nağd pul ehtiyatı üzrə dünyanın ən zəngin şirkəti olub. Şirkətin nağd pul ehtiyatı 117 milyard dollar təşkil edir. “Apple” reytinqdə ilə ikinci yer alır (102 milyard dollar). 

2017-ci ildə “Apple” ın nağd ehtiyatı 163 milyard dollara çatmışdır. O vaxtdan bəri şirkət bu məbləği azaltmağa çalışır, Financial Times yazır. Xarici ehtiyatlarını geri qaytarmaq və investorlara ödəmək üçün “Apple” ABŞ-ın vergi islahatlarından istifadə edib. 

Artan ehtiyatlar səhmdarların təzyiqini artıra bilər. Eyni zamanda “Google”-un bazarda dominant mövqeyindən narahat olan tənzimləyicilər də şirkətə maraq göstərə bilərlər. 

2017-ci ildən bəri “Google” və onun ana şirkəti Aİ-nın antimonopolist tənzimləyicilərdən 9,05 milyard dollarlıq cərimə alıb. 2019-cu ilin iyul ayında ABŞ-ın Ədliyyə Nazirliyi, qabaqcıl texnologiya şirkətlərinə münasibətdə istintaqa başlayacağını bildirib. Agentlik konkret qurumların adını açıqlamasa da, bu xəbərdən sonra “Alphabet” və digər şirkətlərin səhmləri 1%-dən çox düşüb. 

© Banker.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır