İKT

Sağlamlıq imkanları məhdud uşaqlarla davranış üzrə valideynlərə dəstək mərkəzləri yaradılır
31 İYUL
89

Sağlamlıq imkanları məhdud uşaqlarla davranış üzrə valideynlərə dəstək mərkəzləri yaradılır

2019-07-31 16:11:00

Prezident İlham Əliyevin “Xüsusi qayğıya ehtiyacı olan uşaqlara və digər şəxslərə göstərilən sosial xidmətlərin genişləndirilməsi üçün əlavə tədbirlər haqqında” 1 iyun 2019-cu il tarixli Sərəncamı sosial xidmətlər sahəsində fəaliyyət istiqamətlərinin əhəmiyyətli dərəcədə genişlənməsinə imkan verib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Fins.az-a  bildirilib ki, bu sahədə yeni istiqamət kimi, nazirliyin sosial sifarişləri əsasında ölkəmizin regionlarında sağlamlıq imkanları məhdud uşaqlarla davranış üzrə valideynlərə dəstək mərkəzlərinin yaradılmasına başlanılıb.

Qeyd olunan mərkəzlər sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası prosesində valideynlərin aktiv iştirakına dəstək verəcək. Həmin uşaqların zəruri bacarıqlara yiyələnmələri üçün valideynlər tərəfindən hansı işlərin aparılmalı olduğu barədə onların sistemli şəkildə maarifləndirilməsinə xidmət edəcək.

İlk mərhələdə 10 rayon və şəhərdə belə mərkəzlərin yaradılması, gələcəkdə onların sayının daha da artırılması planlaşdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır