İKT

Xiaomi sağlamlığımıza qayğı göstərəcək əlavə üzərində işləyir
30 İYUL
76

Xiaomi sağlamlığımıza qayğı göstərəcək əlavə üzərində işləyir

2019-07-30 17:46:00

Sağlamlıq əlavələri son zamanlarda çox məşhur bir tendensiya halına gəlib. Bu cür tətbiqlər əsasən, “Apple”də var, lakin yaxın gələcəkdə bu yarışa oxşar proqram üzərində işləyən “Xiaomi” də qatılacaq.

Fins.az Ted.az-a istinadən xəbər verir ki, məşhur Çin istehsalçısı tərəfindən hazırlanan yeni əlavə tezliklə təqdim olunacaq: qeyri-rəsmi olaraq onun “Xiaomi”nin mobil cihaz proqram təminatının ən yaxın yeniləməsi ilə birlikdə əlavə olunacağını söyləyirlər. Bu da yəqin ki, MIUI-nin növbəti hissəsinin tətbiqi ilə baş verəcək.

“Xiaomi”, əlbəttə ki, artıq mobil cihazlarında oxşar əlavələr təklif edən digər istehsalçıların yolu ilə gedir – “Samsung” özünün «Samsung S Health» proqramına malikdir , “Apple” - yeni «Apple Watch» smart saat modeli ilə birlikdə, hətta elektrokardioqraf funksiyasını təqdim edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır