İKT

“Huawei” gəlirlərini 23 faiz artırdı - ABŞ sanksiyaları təsir etmir?
30 İYUL
90

“Huawei” gəlirlərini 23 faiz artırdı - ABŞ sanksiyaları təsir etmir?

2019-07-30 16:48:00

Çinin iri telekommunikasiya şirkəti olan “Huawei” ABŞ-ın tətbiq etdiyi sanksiyalara baxmayaraq gəlirini ötən ilə müqayisədə 23% artırıb.

Fins.az xəbər verir ki, şirkətin yaydığı məlumata əsasən, 2019-cu ilin birinci yarısında “Huawei”in gəliri 401.3 milyard yuan (təxminən 58 milyard 300 milyon dollar) təşkil edib.

Məlumat üçün bildirək ki, dünyanın ən böyük smartfon bazarı Çinə məxsusdur. “Huawei”in isə bu bazardakı payı 38 faizdir.

Şirkət, ötən il “Apple”ı geridə qoyaraq “Samsung”dan sonra dünyada ikinci böyük smartfon istehsalçısı adını qazanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır