İKT

Çinli alimlər insan dizi hesabına işləyən enerji doldurma cihazı icad ediblər
30 İYUL
95

Çinli alimlər insan dizi hesabına işləyən enerji doldurma cihazı icad ediblər

2019-07-30 16:32:00

Çinin Honkonq Universitetinin mütəxəssisləri insan dizindən işləyən unikal enerji doldurma cihazı icad ediblər. Bu haqda ətraflı məlumat “American Institute of Physics” jurnalının səhifəsində dərc olunub.

Fins.az xəbər verir ki, qeyri-adi qurğunun çəkisi cəmi 307 qramdır, onu saatda 2-6 kilometr sürətlə hərəkət edən insanlar üzərində sınaqdan keçiriblər. Bu enerji doldurma cihazı insanın dizinə bərkidilir və hərəkət zamanı 1,6 mikrovatta yaxın enerji yaranır. Bu isə sağlamlıq vəziyyətini izləyən hər hansı kiçik aparatların qidalanması üçün kifayətdir.

Cihazın əsasını hərəkət vaxtı elektrik enerjisi istehsal edən mikrolif təşkil edir. Test göstərib ki, cihaz doldurulması üçün insandan heç bir əlavə səy tələb olunmur.

Bu cür yükləmə qurğusunun yaradılması, avtonom qidalanmaya malik yeni portativ modellərin meydana gəlməsi üçün stimulyator ola bilər. Bu qurğu, xüsusilə piyada turizmi və alpinizm həvəskarlarına faydalı olacaq.

© TED

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır