İKT

Huawei öz smartfonlarında Android əməliyyat sistemindən istifadəni davam etdirəcək
30 İYUL
79

Huawei öz smartfonlarında Android əməliyyat sistemindən istifadəni davam etdirəcək

2019-07-30 16:04:00

ABŞ hökumətinin “Huawei” şirkətinə qarşı sanksiyalarından sonra internetdə aktiv şəkildə şirkətin fərdi əməliyyat sistemi barəsində müzakirələr gedirdi. Şirkətin icraçı direktoru hətta müsahibələrindən birində qeyd etmişdi ki, şirkətin fərdi əməliyyat sistemi Androidlə iOS-dan daha sürətli olacaq. İndi isə şirkətin direktorlar şurasının üzvü və baş vitse-prezidenti Catherine Chen yeni planlar barəsində danışıb.

Fins.az TED.az-a istinadən xəbər verir ki, Catherine Chen bildirib ki, bir neçə müddət bundan öncə qeydiyyatdan keçirilmiş “HongMeng” ticarət nişanı sənaye istifadəsi üçün nəzərdə tutulub. Əməliyyat sisteminin hazırlanmasına isə Androidə uyğun analoqun tapılmasına başlanılmasından daha öncə start verilib. O, həmçinin bildirib ki, smartfonlar üçün olan əməliyyat sistemləri adətən milyonlarla kod sətrlərinə sahib olurlar. “HongMeng” OS isə sadəcə olaraq yüz minlərlə kod sətrinə sahibdir. Nəticə etibarilə bu əməliyyat sistemi daha az sistem boşluğuna sahibdir və daha təhlükəsizdir.

Bundan əlavə olaraq sözügedən əməliyyat sistemi smartfonlar üçün digər müasir əməliyyat sistemləri ilə müqayisədə daha tez reaksiya verir. Bütün bunlara baxmayaraq Catherine Chenin sözlərinə əsasən şirkət öz smartfonlarında əməliyyat sistemi kimi Androiddən istifadə etməyə davam edəcək. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır