İKT

Qatlana bilən elastik ekranlı Galaxy Fold tezliklə satışa buraxılacaq - Fotolar
30 İYUL
78

Qatlana bilən elastik ekranlı Galaxy Fold tezliklə satışa buraxılacaq - Fotolar

2019-07-30 15:56:00

Keçən ilin sonunda “Samsung” seçilmiş qonaqlar üçün təşkil olunmuş qapalı tədbirdə ilk qatlanan “Galaxy Fold” smartfonunun prototipini göstərmişdi. Bu ilin əvvəlində isə onun kommersiya variantını elan etdi. Lakin  jurnalistlərin əlinə keçən elastik ekranlı bu cihazın ilk modelləri çox tez sıradan çıxdı. Nəticədə, “Galaxy Fold”un kütləvi istehsalı dizayn qüsurlarının aradan qaldırılmasına qədər təxirə salındı.

“Samsung” bildirir ki, şirkət mühəndisləri yeni məhsulun dizaynı və yenilikləri üzərində işləri başa çatdırıblar. Yaxın gələcəkdə istehsalçı yenilənmiş versiyanı satışa çıxaracağını bildirib. Yenilənmiş “Galaxy Fold”u artıq sentyabr ayından əldə edə etmək olar. Qacet əvvəlki kimi elan edilmiş qiymətə - 1980 dollara təqdim olunur.

 

Yenilənmiş smartfonun ekranındakı qoruyucu üst təbəqənin ön panelinin kənarından genişləndirildiyi bildirilir. Bundan əlavə, “Galaxy Fold”un içərisinə xarici elementlərin girməməsi üçün aşağı və yuxarı hissələri yeni qoruyucu qapaqlar ilə gücləndirilib. Ekran əlavə metal ilə qorunur. Bütün bu qoruma əlavələri qatlanan smartfonun erkən parçalanma riskini aradan qaldırmalıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır