İKT

Google-ın növbəti yüngülləşmiş qalereya əlavəsi – VİDEO
30 İYUL
78

Google-ın növbəti yüngülləşmiş qalereya əlavəsi – VİDEO

2019-07-30 15:26:00

"Google” şirkəti, Android istifadəçilərinə başqa bir əlavə bəxş etməyə qərar verib. Foto və şəkillərə baxmaq üçün olan bu qalereya “Gallery Go” adlanır.

Fins.az TED.az-a istinadən xəbər verir ki, əslində bu, “Photos”un sadələşdirilmiş versiyasıdır. Maraqlıdır ki, digər bölgələrdə də əlçatan olmasına baxmayaraq, tətbiq Nigeriya (və bütün Afrika) üçün təqdim edilib. Şirkət yeni proqram təminatını şəbəkəyə girişdə problemi olan bölgələr üçün çıxış yolu kimi nəzərdə tutub. Bununla belə, “Photos”da olan bir çox xüsusiyyətlər, “Gallery Go”da da var.

Proqram təminatı şəkilləri kataloqlaşdırmaq üçün süni intellektdən istifadə edir və həmçinin müxtəlif redaktə vasitələrinə malikdir. “Gallery Go”nun işləməsi üçün Android 8.1-dən daha köhnə olmayan sistem tələb olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır