İKT

“Avropa Məhkəmə”sindən “Facebook”un layk düyməsi ilə bağlı qərar
30 İYUL
89

“Avropa Məhkəmə”sindən “Facebook”un layk düyməsi ilə bağlı qərar

2019-07-30 15:14:00

Avropa Məhkəməsinin qərarına görə, öz səhifələrində “Facebook” tərəfindən “Mən bəyənirəm” düyməsini yerləşdirən şirkətlər istifadəçilərin məlumatlarına görə, sosial şəbəkə ilə birlikdə məsul olacaqlar.

Məhkəmənin qərarı bununla bağlıdır ki, istifadəçinin sosial şəbəkədə hesabının olmasından və istifadəçinin düyməni basmağından asılı olmayaraq “Mən bəyənirəm” düyməsi şirkətlərə istifadəçilərin IP-adresini, veb-brauzerin identifikatorunu verir.

Məhkəməyə ilk belə müraciəti alman təşkilatı edib. Səbəb Fashion ID saytında Layk düyməsinin olması olub. İstehlakçı hüquqlarının müdafiəçiləri belə bir funksiyanın məlumatları qorunması haqqında qanunu pozduqlarını iddia ediblər.

“Facebook”un nümayəndələri isə öz növbəsində məsələ ilə bağlı deyib ki, indi sosial şəbəkə partnyorları ilə daha sıx əməkdaşlıq edəcək. Bu isə onunla bağlıdır ki, şirkətlər öz saytlarında digər alətlər və plaqindən istifadə edə bilməsinlər.

Qeyd edək ki, Məhkəmənin qərarından sonra “Mən bəyənirəm” düyməsi saytlarında yerləşdirən şirkətlər istifadəçi məlumatlarının emalına görə, “Facebook” şirkətinin razılığını almalı olacaqlar.

©Facemark.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır