İKT

“Samsung” şirkəti 3 ekranlı smartfon buraxacaq – FOTO
30 İYUL
86

“Samsung” şirkəti 3 ekranlı smartfon buraxacaq – FOTO

2019-07-30 15:03:00

 Görünür, qatlana bilən ekranlara sahib smartfonlar Samsung şirkətinə bəs etmədi və buna görə də şirkət üç ekranlı smartfonun patentini əldə etdi. Letsgodigital saytı bu smartfonun eskizlərini və özünün hazırlamış olduğu render fotosunu təqdim edib. Bu barədə Gagadget saytı xəbər verib. Fotolardan da görmək olar ki, smartfon üç hissədən ibarət olacaq və hər bir hissə öz ekranı ilə təchiz olunacaq.

    Smartfonun aşağı hissəsində metal materialdan hazırlanmış xüsusi hissə yerləşir və həmin hissə smartfonu elə şəkildə birləşdirir ki, üç ekran üst-üstə yerləşir. Smartfonun metal materialdan hazırlanmış həmin aşağı hissəsi dairəvi formadadır və onun üzərində hansısa fiziki düymə və ya kamera yoxdur. Samsung şirkətinin bu patent üzərində çalışacağını dəqiqliklə demək olmaz. Çünki sözügedən patent hələki nəzərdən keçirilir.

©Technote

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır