İKT

Redmi Pro Powerbank akkumulyatorları 10 000 və 20 000 mAs tutumuna malik olacaq
23 İYUL
82

Redmi Pro Powerbank akkumulyatorları 10 000 və 20 000 mAs tutumuna malik olacaq

2019-07-23 17:32:00

“Redmi” portativ batareyaları buraxacaq, “Xiaomi” isə növbəti qulaqlıqları hazırlayır

Fins.az xəbər verir ki, KİV-i mütəmadi olaraq insayder məlumatları ilə təmin edən internet şəbəkə informatoru İshan Agarval “Xiaomi” və “Redmi”nin yaxın gələcəkdəki yenilikləri barədə məlumat verib.

 

Birincisi, şirkət növbəti “Xiaomi Mi Noise Cancelling Bluetooth Headset” simsiz qulaqlıqlarını təqdim edəcək, adından göründüyü kimi, onlar səs-küyün azaldılması funksiyası ilə fərqlənəcəklər.

İkincisi, “Redmi” brendi istehsal olunan məhsulların keyfiyyətini artırmağa davam edəcək və “Redmi Pro Powerbank” portativ akkumulyatorları həcmi 10 000 və 20 000 mAs ilə təqdim olunacaq.

Bu cihazlar tezliklə Çində təqdim edilərək, əvvəlcə orda satışa çıxarılacaq.

© Ted.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır