İKT

Oppo-dan Barselona azarkeşləri üçün sürpriz – Yeni smartfon təqdim olundu – VİDEO
23 İYUL
122

Oppo-dan Barselona azarkeşləri üçün sürpriz – Yeni smartfon təqdim olundu – VİDEO

2019-07-23 17:18:00

“Oppo” "Barselona" azarkeşləri üçün smartfon təqdim edib. Smartfon 700 dollar dəyərində qiymətləndirilir və dizaynı ilə fərqlənir. "Barselona"nın pərəstişkarları onu iyulun 26-dan əldə edə biləcəklər.

Fins.az Ted.az-a istinadən xəbər verir ki, yeni smartfonun korpusunda futbol klubunun ənənəvi rənglərindən istifadə edilib, həmçinin burada azarkeşlərin qışqırıq səsləri, klubun himni ilə xüsusi interfeys təqdim olunacaq.

Azarkeşlərin qışqırıq səsləri, klubun himni, hətta zəngə də quraşdırıla bilər. Xatırladaq ki, smartfon “Snapdragon 855”in ən yaxşı prosessoruna, onqat “Hibrid zoom”a malikdir və o, 8/256 GB versiyasında satışa çıxarılacaq.  

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır