İKT

"Twitter" bir neçə KİV-in hesabını əngəlləyib
22 İYUL
78

"Twitter" bir neçə KİV-in hesabını əngəlləyib

2019-07-22 10:56:00

"Twitter" sosial şəbəkəsi fars dilində dərc olunan bir sıra İran kütləvi informasiya vasitələrinin hesablarını əngəlləyib.

Fins.az xəbər verir ki, bu barədə yerli "Tasnim" agentliyi məlumat yayıb.

Bildirilir ki, əngəllənən farsdilli hesablar IRNA, YJC və "Mehr" agentliklərinə məxsus olub. Onların digər dillərdəki hesabları aktiv qalıb.

Əngəllənməyə bir neçə İran fiziki və hüquqi şəxslərinin hesabları da məruz qalıb.

"Mehr"in məlumatına görə, onun "Twitter"dəki iki hesabı Hörmüz boğazında Britaniya tankeri "Stena Impero"nun İran tərəfindən saxlanılması xəbərinin dərc edilməsindən sonra bloklanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır