İKT

STATİSTİKA: iPhone sahibləri mobil cihazlarını dəyişib Android smartfonlarını seçirlər
19 İYUL
199

STATİSTİKA: iPhone sahibləri mobil cihazlarını dəyişib Android smartfonlarını seçirlər

2019-07-19 17:53:00

Mobil telefonlarının ticarəti ilə məşğul olan “BankMyCell” şirkəti “Apple” markasına sadiqliklə bağlı şok statistika açıqlayıb.

Fins.az xəbər verir ki, son 9 ayda “iPhone” sahibləri mobil cihazlarını dəyişib “Android” smartfonlarını seçirlər. Statistika 38 min müqavilə əsasında toplanılıb.

“iPhone” sahiblərinin 26%-i “iPhone XS”dən imtina edərək “Android” smartfonlarına üstünlük veriblər. "Android" istifladəçilərindənsə yalnız 7,7% Tim Kukun (“Apple” şirkətinin baş direktoru) tərəfinə keçmək istəyib.

“iPhone” istifadəçilərinin “Apple” məhsullarına olan maraqları 2019-cu ildə 73%-dək azalıb. Bu, son 8 ildə ən aşağı rəqəmdir. 2017-ci ildə bu göstərici 92% olmuşdu.

Xatırladaq ki, keçən il “Android” sahibləri fəal şəkildə “iPhone” mobil telefonlarından qaçırdılar. Bəzi ekspertlər bunu “iPhone”un baha olması ilə əlaqələndirir. Hazırda “iPhone XS” dünyanın ən bahalı smartfonudur, lakin mobil cihazın imkanları yüksək qiymətə haqq qazandırdı.

© Ted.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır