İKT

Xiaomi bu smartfonunu tamamilə Androiddə təqdim etdi
19 İYUL
164

Xiaomi bu smartfonunu tamamilə Androiddə təqdim etdi

2019-07-19 17:38:00

İspaniyada yeni Çin smartfonunun təqdimatı keçirilib. Gözlənildiyi kimi bu aparat “Xiaomi Mi CC9e”nin Çin versiyasının surəti oldu, amma “Mi A3”də "təmiz" “Android 9.0 Pie” quraşdırılıb.

Fins.az xəbər verir ki, “Mi A3”nümayiş olunub, lakin “Mi A3 Lite”ın buraxılıb-buraxılmayacağına hələ də şübhə var.

“Mi A3” “Xiaomi Mi CC9e”nin surəti olduğundan ekran, kamera və "dəmir" tamamilə eynidir.

Yenilikdə AMOLED texnologiyası ilə yerinə yetirilmiş 6,1 düymlük ekran quraşdırılıb və barmaq izi skaneri displeyin altında yerləşib.

Cihazın arxa tərəfində 48+8+2 mp sensorlar olan üçlü kamera yerləşdirilib. Ön kamera 32 mp göstəriciyə malikdir.

"Kopot"un altında “QualcommSnapdragon 665” prosessoru, ən azı 4 GBRAM və 64 GB daimi yaddaş quraşdırılıb. Belə bir aparat alıcısına 219 avroya başa gələcək.

Həmçinin Avropada 6/64 və 6/128 GB versiyaları təklif olunacaq. Onları müvafiq olaraq 295 və 335 avroya satın almaq mümkün olacaq. 

© Ted.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır