İKT

Pampers ağıllı uşaq bezlərini təqdim etdi
19 İYUL
163

Pampers ağıllı uşaq bezlərini təqdim etdi

2019-07-19 17:29:00

Lumi adlı tam bir platforma təqdim olunub

May ayında “Huggies” şirkəti ağıllı uşaq bezlərini təqdim etmişdi, indi isə belə bir məhsulu “Pampers” göstərdi. Beləliklə, demək olar ki, yeni seqmentin yaranmasına start verilib.

Fins.az Ted.az-a istinadən xəbər verir ki, öz növbəsində, “Pampers” məsələyə daha qlobal şəkildə yanaşmağa qərar verdi. Belə ki, o, yalnız ağıllı uşaq bezlərini təqdim etməklə kifayətlənməyib, onu “Lumi” adlandıraraq yeni platforma yaratmağa çalışdı.

Hazırda bu platformaya uşaq bezi, video uşaq baxıcısı və şirkət tərəfindən bir əlavə daxildir.

Uşaq bezi üçün sensorlar nəinki uşağın bezini dəyişdirməyin vaxtı çatdıqda valideynlərə məlumat verə bilir, həm də uşağın yuxuda fəaliyyətini izləyir. Öz növbəsində, “Logitech Circle 2” modifikasiyasını təmsil edən kamera temperatur və rütubət sensoruna da malikdir. 

O ki qaldı firma əlavəsinə, o, özündə bütün məlumatları birləşdirir və valideynlərə uşaq və onun davranışı haqqında daha çox informasiya əldə etməyə icazə verir.

Ancaq bir sıra detallar var. Birincisi, “Lumi”nin sensorları üçün daha böyük nəm göstəricilərinə malik olan xüsusi “Pampers” bezi lazımdır. İkincisi, bu uşaq bezlərinin maksimum ölçüsü 4-dür.

Təəssüf ki, “Pampers” hələ də xüsusi uşaq bezi və ya başlanğıc dəst üçün start qiymətlərini açıqlamayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır