İKT

32 düymlük Xiaomi Mi TV 4a televizoru bir anda iki rekordu yenilədi
17 İYUL
106

32 düymlük Xiaomi Mi TV 4a televizoru bir anda iki rekordu yenilədi

2019-07-17 17:15:00

TV ilk əvvəl 116 dollar satış qiyməti ilə istehsal edilmişdi.

Bu günlərdə "Xiaomi" mətbuat konfransı keçirib - konfrans, şirkətin 7 milyondan çox televizorunu pərakəndə ticarət kanalları ilə satılmasına həsr edilib. Bu göstərici üçün "Xiaomi"yə  2 il lazım olub.

Milli.Az ted.az-a istinadən bildirir ki, konfransda, ilk əvvəl 116 dollar satış qiyməti ilə istehsal edilmiş  "Xiaomi Mi TV 4A" adlı 32 düym televizor xüsusilə qeyd edilib.

Birincisi, "Xiaomi Mi TV 4A" öz qiymət kateqoriyasında 2 milyon satış rəqəmi ilə ən sürətli satılan televizor olub. İkincisi, bu model Çində ən çox satılan LCD TV olaraq qalır.

15 iyulda isə "Honor" şirkəti bu bazarda "Xiaomi"nin hökmranlığını pozmalı olan ağıllı televizorunu təqdim etməyi planlaşdırır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır