İKT

Dünyada smartfonların sayı 4 milyarda çatacaq
17 İYUL
75

Dünyada smartfonların sayı 4 milyarda çatacaq

2019-07-17 17:10:00

"Strategy Analytics" tədqiqat şirkəti 2020-ci ilədək dünyada istifadədə olan smartfonların sayının 4 milyarda çatacağını proqnozlaşdırır.
Fins.az ICTnews-a istinadən bildirir ki, ekspertlərin fikrincə, qlobal miqyasda aktiv smartfonlar bazası 2019-cu illə müqayisədə 5 faiz artacaq. Ən populyar mobil əməliyyat sistemi isə "Android" olaraq qalsa da, onun payı azala bilər.
Analitiklər azalmanın əsas səbəblərindən biri kimi 2019-cu ilin sonuna və ya 2020-ci ilin əvvəlinə nəzərdə tutulan "Huawei" mobil platformasının istifadəyə verilməsini qeyd edirlər. 
İlin əvvəlində "Huawei" istehlak bölməsinin rəhbəri Yu Çendun bəyan edib ki, şirkət "Android" və "Windows" sistemlərindən istifadənin məhdudlaşdırılmasının qarşısını almaq məqsədilə öz əməliyyat sistemini hazırlayıb. Platformanın bu ilin dördüncü rübündə Çində istifadəyə veriləcəyi gözlənilir. 
"Huawei" şirkətinin təsisçisi və faktiki rəhbəri Jen Çjenfeyin sözlərinə görə, geniş spektr qurğular üçün nəzərdə tutulan "HongMeng" adlı əməliyyat sistemi "Android" və "macOS" sistemlərindən daha sürətli işləyəcək.
"Strategy Analytics" mütəxəssislərinin qənaətinə görə, "Android" proqnozlaşdırılan dövrdə smartfonlar üçün ən populyar əməliyyat sistemi olmasına baxmayaraq onun liderliyi yeni "Huawei" əməliyyat sistemi ilə sarsıdılacaq. Bu il "Apple iOS" sisteminin payı cüzi azalacaq və 2020-ci ildə və sonrakı illərdə stabilləşəcək. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır