İKT

Ev üçün soyuducu seçərkən nələrə diqqət etmək lazımdır?
16 İYUL
121

Ev üçün soyuducu seçərkən nələrə diqqət etmək lazımdır?

2019-07-16 18:06:00

Soyuducunun modelini seçərkən ən əsası onun ölçülərinə diqqət etmək lazımdır. Axı soyuducunun kameralarının həcmi həm də bu ölçülərdən asılıdır.

Fins.az Ted.az-a istinadən ekspertlərin soyuducular üçün müəyyən etdiyi kriteriyaları Sizə təqdim edir:

Ölçülər

Soyuducunun ölçüləri və yerini mətbəxin sahəsinə, ailə üzvlərinin sayına görə müəyyənləşdirmək olar.

1-2 nəfər üçün: həcmi 250 l, hündürlüyü 150 sm,

3-4 nəfər üçün: həcmi 250 - 350 l, hündürlüyü 185 sm,

5 nəfər üçün: həcmi 350 - 800 l, hündürlüyü 210 sm.

Tək kameralı soyuducular əsasən kiçik mətbəxlər üçün uyğundur. İki kameralı soyuducuda buz dolabı daha böyük və ayrıca qapısı olur. Üç kameralı soyuducuda isə ət və tərəvəzləri təzə-tər saxlayan “sıfır ərazi” olur ki, burada  ərzaqlar daha uzun müddətdə yararlı şəkildə qorunur.

Küyün səviyyəsi

Bir çox istehsalçılar modellərinin xarakteristikasında küyün səviyyəsini desibellə göstərirlər. Soyuducu üçün nəzərdə tutulan “komfortlu” küyün qəbul olunan norması 45 desibeldir. Yeni nəsil soyuducu istehsalçıları  çalışırlar ki, bu qurğular maksimum dərəcədə səssiz işləsin.

Komfort və təravətlilik cəhəti

Bu gün, innovasiyalı, sensorlu və intellektual proqram təminatlı soyuducular daha məşhurdur ki, onlar səs-küy səviyyəsini və hətta ətraf mühitlə temperaturunu tənzimləyir. Bütün bunlar enerji istehlakını azaltmaq və komfort səviyyəsini  artırmaq  üçündür.

Mütəxəssislər özündə innovativ texnologiyaları və müasir estetika vəhdətini əks etdirən soyuducuları məsləhət görürlər.

Enerji sərfiyyatı

Soyuducunun enerjiyə qənaəti seçim edərkən ən vacib keyfiyyətlərdəndir. Bazarda təqdim olunan bütün soyuducuların üzərində qurğunun enerji istifadəsinə görə hansı sinfə aid olduğu və neçə kilovatt sərf edəcəyini göstərən xüsusi hərflə işarələnmiş etket yapışdırılır.

Soyuducuların sinifləri:

G sinifi – Ən çox enerji səf edən;

A sinifi – Qənaətcil;

A+ və A++ sinifləri – Uyğun olaraq, müsbət işarəsi çox olduqca, soyuducu daha az enerji sərf edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır