İKT

Texnologiya nəhənglərinin loqo tarixi – ARAŞDIRMA
11 İYUL
77

Texnologiya nəhənglərinin loqo tarixi – ARAŞDIRMA

2019-07-11 09:12:00

Gündəlik istifadə etdiyimiz və rastlaşdığımız texnologiya logoları nə zaman yaranıb? Həmin loqolar özlərində hansı hekayələri  gizlədir?

Fins.az Ted.az-a istinadən, sizə texnologiya loqolarının hekayələrini təqdim edir:

“Google”

“Google” “googol” sözünə dəyişiklik edilərək yaranıb. Amerikalı riyaziyyatçı Eduard Kasnerin qardaşı oğlu Milton Sorotta tərəfindən çıxarılan "googol" sözü 1 və ardından gələn 100 ədəddən ibarət riyazi termindir. “Google”un bu adı internet üzərindəki məlumatı təşkil etmək missiyasını göstərir.

“Google”dakı “l”ın sirri

“Google”un dizayneri Ruth Kedar “Google” loqosunun çox rəngli olduğunu bildirib. O, rənglərdən imtina etmədən sadələşdirmə aparıb. Belə ki, Kedar “Google” adındakı “l” istisna olmaqla bütün hərflərə əsas rəng verərkən “l” rənginə ara rəng olan yaşılı verib. ”l” hərfinin yaşıl olması “Google qaydalara tabe olmaz” mənasını verir.

“Adobe”

Daha çox “PDF” ve “Flash” proqramları ilə tanınan “Adobe”un adı John Warnock tərəfindən verilib. John Warnock bu adı yaşadığı evin yaxınlığındakı “Adobe” kəndindən götürüb.

“Canon” 

Canon adını şirkətin istehsal etdiyi ilk kamerası olan “The Kwanon”dan götürüb. Daha sonra 1935-ci ildə dünya çapında tanınması üçün “Canon” olaraq dəyişdirilib.

“Nikon”

Yaponiyanın öndə gedən kamera və aksesuar istehsalçısı “Nikon”un adı ölkənin optik mənasını verən “Nippon Kogaku” sözünün qısaldılmasından yaranıb.

“Vodafone”

“Vodafone” mobil rabitə şirkəti adı ingiliscə səs (voice), məlumat (data) və telefon (telephone) sözlərindən götürüb.

“Nokia”

“Nokia” adını yarandığı ölkə - Finlandiyadakı Nikoa şəhərindən götürüb.

“Audi”

“Audi” emblemindəki dörd üzük loqosu birləşmək üçün bir araya gələn dörd şirkətin simvoludur. “Audi” adı əvvəlki mühəndis Avqust Horch tərəfindən verilib.

“BMW”

“BMW” embleminin mavi və ağ rəngləri Almaniyanın Bavyer əyalətindən gəlir. 1929-cu ildən bəri təyyarələr və mühərriklər istehsal edən “BMW”, emblemdə də istehsala uyğun olaraq, təkər içində fırlanan pərvanə loqosunu verib. Daha sonra maşın istehsal etməyə başlayan “BMW” maşınlarında da eyni loqodan istifadə edib.

“Mercedes”

Avtomobilin qurulması üçün “Daimler Chrysler” ilə əməkdaşlıq edən Carl Benz, ad tapmaqda çətinlik çəkdiyi üçün maşına tək qızı olan Mercedez Benzin adını verib. “Mercedes”nin emblemi içində üç ayaqlı ulduz torpaq, su və havada “mercedes”in gücünü ifadə edir.

“Nissan”

Markanın dairə içində yazılan adı “Nissan”nın qlobal gücünü və dünya miqyasında geniş yayılmasını göstərir.

“Opel”

Adam Opel tərəfindən qurulan şirkət əvvəllər yalnız tikiş maşınları istehsal edirdi. Emblemdə olan təkər etibarı, ildırım isə sürəti təmsil edir.

“Volkswagen”

“Vw” emblemi “Porsche” mühəndisi Franz Xaver tərəfındən ərsəyə gətirilib. Markanın iki hərfi Almanyanın Wolfsburg şəhərinin adını daşıyır.

“Toyota”

1937-ci ildə Yapon şirkətinin qurucusu Kirchiro Toyota üçlü ellipsin birləşməsi ilə güclü markasının emblemini yaradıb. Ellipslər avtomobilin və müştərilər arasında olan istilikləri, komanda ruhunu və modernləşməsini təmsil edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.8947
  • ₽ RUB
    0.0269