İKT

Hisense şirkəti dünyada bir ilkə imza atdı
10 İYUL
220

Hisense şirkəti dünyada bir ilkə imza atdı

2019-07-10 17:40:00

“Hisense” şirkəti dünyada ilk dəfə “Dual-Image” texnologiyası əsasında hazırlanan “U9e” seriyalı televizorlar nümayiş etdirib.

Fins.az xəbər verir ki, qurğuların ekranı ənənəvi rəngli “LCD” və əlavə monoxrom displey birləşməsindən ibarətdir. Tətbiq edilən texnologiya adi maye-kristal panellərlə müqayisədə, bir sıra üstünlüklərə də malikdir.

Bundan əlavə, yüksək rəngverməsi olan “Hisense U9e” modelində kontrastlıq nisbəti 150 000:1 təşkil edir.

Hazırda “Hisense U9e” seriyasında 55, 65 və 75 düym diaqonallı 3 model təqdim olunub. Bu il satışa yalnız qiyməti 2600 dollar təşkil edən 65 düym diaqonallı versiyanın çıxarılması planlaşdırılır. Digər iki modelin isə 2020-ci ildə satışa çıxarılacağı gözlənilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır