İKT

Çin kosmosda süni intellektdən istifadə edəcək
10 İYUL
125

Çin kosmosda süni intellektdən istifadə edəcək

2019-07-10 17:18:00

Çinin “Çanye-5” planetlərarası avtomatik kosmik stansiyası, yeni zondun Ayın səthində enəcək yeri və orada götürəcəyi süxur nümunələrini seçərkən süni intellekt texnologiyasından istifadə edəcək.

Fins.az  xəbər verir ki, bu məlumatı Çinin Ay tədqiqi üzrə proqramının rəhbəri Ouyan Tszıyuan bildirib. O, qeyd edib ki, kosmik zondun buraxılması bu ilin sonuna nəzərdə tutulub: “Süni intellekt texnologiyasının köməyi ilə kosmik modul Ayın, Yer kürəsinə ən yaxın məsafəsində yumşaq eniş edəcək və oradan süxurların nümunələrini götürərək, planetimizə qayıdacaq. Yeni kəşflərin edilməsi məqsədilə “Çanye-5”, ABŞ-ın “Apollon” kosmik gəmisinin endiyi yerdən min kilometr aralı məsafədə yerləşəcək. Ayın səthinə yumşaq eniş süni intellektin müstəqil qərarları əsasında həyata keçiriləcək”.

 

 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır