İKT

2019-cu ildə istehsal ediləcək iPhone smartfonlarının bütün xarakteristikası məlum oldu – FOTO
10 İYUL
166

2019-cu ildə istehsal ediləcək iPhone smartfonlarının bütün xarakteristikası məlum oldu – FOTO

2019-07-10 16:54:00

İnsayderlər “iPhone”nun 2019-cu il üçün olan smartfonları haqqında bütün məlumatları toplayaraq, onları təsvirlər əsasında göstərib, əsas xüsusiyyətlərini açıqlayıblar.

Fins.az Ted.az-a istinadən xəbər verir ki, şirkətin üç smartfonunun – “İphone 11”, “iPhone 11 Max”, “iPhone 11 R”in təqdimatı bu ilin sentyabr ayında keçiriləcək. Bu modellərin ekranları 5.8, 6.5 və 6,1 düym olacaq.

Yaşlı modellər üçlü əsas kamera ilə təchiz ediləcək, kiçik “iPhone 11 R” isə əsas kamerada iki modula sahib olmalıdır.

Bununla yanaşı, insayderlər kameraların, bu yaxınlarda xəbər verildiyi kimi, heç də dəyirmi deyil, kvadrat modulda yerləşəcəyini də dəqiqləşdiriblər.

"İPhone"lar yeni “Apple A13 Omega” prosessorunda işləyəcək, yaşlı modellər üçün isə üçüncü nəsil “Face ID və 12 Mp” sensorlu selfi-kamera təklif edilir.

Smartfonların həm də digər smartfonları enerji ilə təchiz edəcəyi və “AirPods 2” qulaqlıqları olacağı söylənilir. Büdcə flaqmanı “İPhone XIR”, 3110 mAs akkumulyatoru ilə təchiz ediləcək və şirkətin smartfonlarının tarixində ən avtonomu olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır