İKT

Ağıllı şüşə, smartfonlarda sifətin tanınması sensorlarını əvəz edəcək
10 İYUL
81

Ağıllı şüşə, smartfonlarda sifətin tanınması sensorlarını əvəz edəcək

2019-07-10 16:51:00

Sifətin tanınması texnologiyaları cihaz sahibinin eyniləşdirilməsi üçün əlverişlidir, amma qurğunun batareyasını tez boşaldır.  Amerikalı mütəxəssislərin yeni texnologiyası simvol və obyektləri olduqca orijinal üsulla “tanımağa” kömək edəcək, həm də enerji tələb etmir.

Fins.az xəbər verir ki, Viskonsin Universitetinin alimləri kamera, sensor və neyron şəbəkələrinin imkanlarını şüşə örtükdə birləşdirən “analoq” texnologiya hazırlayıblar. Sözügedən texnologiya rəqəmli informasiyanın işlənməsi üçün enerji təchizatı və prosessor tələb etmir. Şüşənin müəyyən hissələrində yerləşdirilmiş kiçik qabarcıq və qeyri-şəffaf elementlərin çiləmələri bir təsviri başqasından ayırmaq üçün işığın istiqamətini dəyişdirir.

Mütəxəssislərin sözlərinə görə, yeni texnologiya əsasında hazırlanmış biometrik qıfıl, internetə girişsiz və ya elektron yaddaşsız min il işləyə bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.8947
  • ₽ RUB
    0.0269