İKT

Smartfonları ilk olaraq Android Q-ə qədər yenilənəcək brendlərin siyahısı dərc edildi
10 İYUL
179

Smartfonları ilk olaraq Android Q-ə qədər yenilənəcək brendlərin siyahısı dərc edildi

2019-07-10 16:47:00

“Android” əməliyyat sisteminin yeni versiyasının buraxılması avqust ayında gözlənilir, hazırda isə "onuncu" “Android” müxtəlif istehsalçılar tərəfindən sınaqdan keçirilir.

Fins.az xəbər verir ki, internet şəbəkədə smartfon brendlərinin loqotiplərinin həkk olunduğu təqdimatdan şəkil paylanılıb.

Həmin şəkildə, smartfonları ilk olaraq əməliyyat sisteminin ən yeni versiyasına -  “Android Q”ə qədər yenilənəcək şirkətlərin siyahısı nümayiş etdirilir.

Bu siyahıda 13 şirkət var, lakin təəccüblüdür ki, onların arasında, Cənubi Koreya istehsalçısı - smartfon bazarının lideri olan “Samsung” görünmür.

Əvəzində, siyahıda gənc marka “Realme” və cəmi bir model smartfon təqdim edən “Essential” şirkəti var.  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır