İKT

iPhone Çin şirkətinə məxsus OLED ekranlar əldə edə bilər
10 İYUL
115

iPhone Çin şirkətinə məxsus OLED ekranlar əldə edə bilər

2019-07-10 16:46:00

Amerika şirkətinin smartfonlarının Çinin “BOE” şirkəti tərəfindən istehsal olunan ekranlarla təchiz oluna biləcəyi barədə şayiələr var idi. İndi isə artıq bildirilir ki, “Apple”, “LG” ilə yanaşı, “BOE”nin təchizatçıları siyahısına daxil edə bilər.

Fins.az xəbər verir ki, hazırda brendin smartfonlarında “Samsung” şirkətinin “OLED” ekranlarından istifadə olunur. Bu yaxınlarda isə məlum olub ki, “Samsung”, “Apple” və “iPhone”a tələbatın aşağı olması səbəbindən cərimə ödəməyə məcbur edilib.

Adıçəkilən smartfonlar sifariş olunduğu ekranlardan daha az həcmdə satılır, buna görə sifariş edilmiş həcmin bir hissəsi istifadə edilməyib.

Bundan başqa, Yaponiya ilə Cənubi Koreya arasındakı vəziyyət “Samsung”un ekran istehsalını azaltmağa məcbur olmasına gətirib çıxara bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır