İKT

iPhone 11 telefonu 3 kameralı olacaq
08 İYUL
144

iPhone 11 telefonu 3 kameralı olacaq

2019-07-08 11:18:00

Apple-ın 2 ay sonra təqdim edəcəyi yeni iPhone modelləri bağlı yeni görüntülər sızıb. Populyar aksessuar istehsalçısı Ghostek-in sifarişlə almağa başladığı və gələn ay satışa çıxaracağı örtüklərə görə iPhone 11 telefonu 3 kamera ilə gələcək.

Apple-ın sentyabr ayında təqdim edəcəyi gözlənilən yeni iPhone modeli ilə bağlı ən ciddi dizayn məlumatı ortaya çıxıb. Fins.az Marja-ya istinadən xəbər verir ki, populyar örtük istehsalçısı Ghostek, iPhone 11-in son halının müəyyən olduğunu və hətta yeni iPhone modelləri üçün xüsusi örtüklərin istehsalına başladığını bildirib.
 
Ghostek-in istehsal etdiyi örtüklərdən göründüyü kimi iPhone 11 üç arxa kamera ilə gələcək və standart modelin ekranı iPhone XS modelində olduğu kimi 5.8 düym böyüklüyündə olacaq

 3 FƏRQLİ VERSİYA: XI, XI MAX, XIR

Ghostek-in paylaşdığı məlumatlara görə, yeni iPhone 3 versiyadan ibarətdir: iPhone XI (iPhone 11),iPhone XI Max (iPhone 11 Max),iPhone XIR (iPhone 11 R).

Atomic Slim 3 adlı örtük alüminium buferli olacaq. Bu xüsusi örtük yeni iPhone-un arxa kameralarını qorumaq üçün dizayn edilib. Örtük dizaynından da göründüyü kimi iPhone 11 modelində Apple böyüdülmüş kamera modulu istifadə edəcək.

Örtüyün satış qiyməti isə 35 dollar olacaq. iPhone 11 üçün istehsal edilən bu örtüklərin rəng variantları qırmızı, qara və çəhrayı olaraq müəyyən edilib.

"YENİ İPHONE 11-ə UYĞUN OLMASA GERİ QAYTARIN"

Daha əvvəl rəsmi olaraq bazara çıxmadan iPhone XR və Sasmung Galaxy S10 dizaynını da ortaya çıxaran şirkət olan Ghostek iPhone 11 haqqında iddiasını göstərmək üçün istehlakçılara örtüyü 60 gün geri qaytara bilmələri imkanı təklif edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır