İKT

“Google”nin fəaliyyətində nasazlıq yaranıb
05 İYUL
82

“Google”nin fəaliyyətində nasazlıq yaranıb

2019-07-05 09:35:00

Dünyanın bir sıra ölkələrində Amerikanın “Google” axtarış sisteminin işində problemlər müşahidə olunub.

Fins.az xəbər verir ki, bu barədə internet resursların işini izləyən məşhur “Downdetector” xidmətinin səhifəsində bildirilib.

"Google işində nasazlıqlar ABŞ-ın Şərq sahili vaxtı üzrə saat 20:21-dən müşahidə olunur”, - deyə xidmətin xəbərində qeyd edilib.

Nasazlıqlardan ən çox şikayətlər ABŞ istifadəçilərindən daxil olub. Həmçinin Yaponiya, Latın Amerikası (Peru, Braziliya, Meksika) və Avropa (Belçika, İspaniya) ölkələrinin internet istifadəçiləri “Google”nin işindən narazılıqediblər.

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9142
  • ₽ RUB
    0.0271