İKT

Nazirlik "Call-Center" üçün 270 min manat xərcləyir
04 İYUL
88

Nazirlik "Call-Center" üçün 270 min manat xərcləyir

2019-07-04 14:33:00

Kənd Təsərrüfatı Nazirliyi "Call-Center" üçün "Cisco" şirkətinin avadanlığının satın alınmasına təxminən 270 min manata yaxın vəsait yönəldəcək.

Məlumata görə, KTN qeyd olunan avadanlığın satın alınmasına dair “Sinam” MMC ilə müqavilə bağlayıb. Müqavilənin dəyəri 267 min 546,12 manat təşkil edir.

1994-cü ildə təsis edilən SINAM şirkəti Azərbaycanda proqram təminatı və sistem inteqratorlarının istehsalı üzrə ən iri şirkətdir. Şirkətin mənzil-qərargahı Bakıda yerləşir. 20 ildən çox fəaliyyət dövrü ərzində “Sinam” dövlət idarəçiliyi, korporativ və bank sektroru sisteminə yüksək texnoloji həllər tətbiq edərək, bir sıra infrastruktur layihələr həyata keçirib. Hazırda şirkət məhsul və xidmətlərini ABŞ və Rusya Avropa, MDB və Yaxın Şərq ölkələrinə ixarc edir.

© Marja

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9142
  • ₽ RUB
    0.0271