İKT

“Xiaomi” şirkəti yeni “CC9” smartfonunu təqdim edib
04 İYUL
80

“Xiaomi” şirkəti yeni “CC9” smartfonunu təqdim edib

2019-07-04 09:31:00

“Xiaomi” şirkəti yeni “Mi CC9” smartfonunu və onun ucuz versiyasını – “Mi CC9e” təqdim edib. “Mi CC9” smartfonunun qiyməti 260 dollar, onun sadələşdirilmiş versiyasının qiyməti isə 188 dollar təşkil edəcək.
Fins.az xəbər verir ki, “Mi CC9” smartfonu 6,3 düym diaqonala və Full HD+ təsvir ölçüsünə malik displey, üçqat əsas kamera və “selfi” üçün kamera, 4030 milliamper/saat tutumlu akkumulyator batareyası, həmçinin “Snapdragon 710 SoC” prosessoru ilə təchiz edilib. Aparat 6 QB-lıq əməli və 128 QB-lıq daxili yaddaşa malikdir. 
Smartfonun ucuz versiyası 6 düymlük HD+ təsvir ölçüsünə malik displey və “Snapdragon 665” prosessoru ilə təchiz edilib. Hər iki telefon qara, ağ və göy rənglərdə əlçatan olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9027
  • ₽ RUB
    0.027