İKT

Kibertəhlükəsizlik həlləri üzrə xərclər 14% yüksəlib
03 İYUL
89

Kibertəhlükəsizlik həlləri üzrə xərclər 14% yüksəlib

2019-07-03 18:13:00

“Canalys” analitik şirkətinin qiymətləndirməsinə görə, 2019-cu ilin birinci rübündə informasiya təhlükəsizliyinin təmini üzrə qlobal xərclər 9,7 milyard dollara yaxınlaşıb ki, bu da ötən illə (8,5 milyard dollar) müqayisədə 14,2% yüksək göstəricidir.
Fins.az xəbər verir ki, mütəxəssislər informasiya təhlükəsizliyi texnologiyalarına tələbatın artmasını şirkətlərin kibertəhlükələrə qarşı müdafiəni gücləndirməsi, həmçinin fərdi məlumatların məxfiliyinin təmin edilməsi sahəsində tənzimləyicilərin tələblərinə riayət etmək üzrə əlavə tədbirlər görmələri ilə izah edirlər. 
2018-ci ildə kibertəhlükəsizlik sahəsinə yatırılmış investisiyaların ümumi həcmi 37 milyard dollar olub ki, bu da 2017-ci illə müqayisədə 9% çoxdur. “Canalys” şirkətinin təhlilinə əsasən, ötən il kibertəhlükəsizliyin təmini üzrə xərclərin 82%-i avadanlıq və proqram təminatına sərf edilib.
2019-cu ilin ilk üç ayının nəticəsinə görə, informasiya təhlükəsizliyi həlləri üçün xərclər arasında aparat və proqram təminatının payı 75% təşkil edib. Ötən il bu göstərici 79% olmuşdu. Bu müddət ərzində xidmətlərin xərcləri 11%-dən 14%-dək yüksəlib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9162
  • ₽ RUB
    0.0269