İKT

"Wikipedia"da problem yaranıb
27 İYUN
134

"Wikipedia"da problem yaranıb

2019-06-27 10:18:00

Dünyanın bir sıra ölkələrində "Wikipedia"nın fəaliyyətində problem yaranıb.

Fins.az Report-a istinadən xəbər verir ki, bu barədə məşhur internet resurslarının fəaliyyətini müşahidə edən "Downdetector" xidməti məlumat yayıb.

Qeyd edilir ki, "Wikipedia"nın işində problem ABŞ-ın şərq sahilində, yerli vaxtla saat 08:38-də qeydə alınıb. Bu internet resursun fəaliyyətində ABŞ-la yanaşı, Böyük Britaniya, Danimarka, Almaniya, Rusiya və digər Avropa ölkələrində problemlər müşahidə edilir. Qeyd edək ki, Azərbaycanda da "Wikipedia"ya daxil olmaq çətinləşib.  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9142
  • ₽ RUB
    0.0271