İKT

Samsung, Galaxy R smartfonlarının yeni xəttini hazırlayır
24 İYUN
137

Samsung, Galaxy R smartfonlarının yeni xəttini hazırlayır

2019-06-24 16:31:00

Son günlərdə, internet şəbəkədə, barəsində çox bəhs edilən “Samsung Galaxy A90” smartfonu ilə bağlı maraqlı detallar məlum olub. İnsayder Onleaksın “Twitter”də yazdığı kimi, bu model “Samsung – Galaxy R”in tamamilə yeni smartfon xəttinin bir hissəsi kimi çıxa bilər.

“Galaxy R” seriyası iki modellə debüt edir. Hər ikisi də böyük ekran və üçlü kameralara malik  olacaq. Onlardan birinin əsas xüsusiyyətini kamera, ikincisinin isə quraşdırılmış 5G modemi təşkil edəcək. Şayiələrə görə, “Galaxy A90”, 45 vatt gücündə sürətli enerji yığımı texnologiyası, 5G modem və 32 Mp əsaslı kamera üçün dəstək almalıdır. Əgər belədirsə, ikinci modeldə kameranın ölçüsü daha yüksək - ehtimal ki, 64 Mp ola bilər, “Samsung”un artıq belə bir sensoru var.

 © Ted.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır