İKT

Instagram istifadəçi hesabının bərpa olunmasının yeni üsulunu test edir
19 İYUN
180

Instagram istifadəçi hesabının bərpa olunmasının yeni üsulunu test edir

2019-06-19 17:26:00

 Məşhur Instagram servisi hack edilmiş istifadəçi hesablarının yeni bərpa üsullarını test edir. Bu isə öz növbəsində Instagram istifadəçilərinin işlərini asanlaşdırmalıdır. Bu barədə Engadget saytına istinadən Vc.rusaytı xəbər verib. Hack olunmuş istifadəçi hesabının bərpa olunması üçün sosial şəbəkə istifadəçidən həmin hesabın qeydiyyatlı zamanı qeyd olunmuş elektron poçt ünvanını və ya telefon nömrəsini tələb edəcək.

Daha sonra sosial şəbəkə təqdim edilmiş elektron poçt ünvanına və ya telefon nömrəsinə 6 simvollu kod göndərəcək. Instagram bu kod vasitəsilə istifadəçi hesabının yad cihazdan bərpasına qadağa qoyacaq. İstifadəçi hesabının bu yeni bərpa üsulu həmdə zəmanət verir ki, hətta hack olunmuş istifadəçi hesabının adı və ya kontakt məlumatları dəyişdirildikdən sonra da hesabı bərpa etmək mümkün olacaq. Bunun üçün Instagram hesab adının müəyyən müddətlik dondurulması sistemini işə salacaq.

Bunun sayəsində hansısa istifadəçi hesabı hack olunandan sonra onun adını müəyyən müddət ərzində dəyişmək mümkün olmayacaq. Instagram-da istifadəçi hesabının yeni bərpa üsulunun nə zaman istifadəyə veriləcəyi barəsində məlumat verilməyib. Lakin istifadəçi hesabının adının dəyişdirilməsinin bloklanması özəlliyi artıq Android-də və iOS-də aktivdir. Hal hazırda istifadəçi hesabının bərpa olunması üçün Instagram-ın təhlükəsizlik xidmətinə müraciət etmək lazımdır. Instagram əmindir ki, yeni üsul vasitəsilə istifadəçilər öz hesablarını tətbiq daxilində bərpa edə biləcəkllər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır