İKT

Facebook öz nüfuzunun bərpası üçün reklama ikiqat vəsait xərcləməyi planlaşdırır
19 İYUN
153

Facebook öz nüfuzunun bərpası üçün reklama ikiqat vəsait xərcləməyi planlaşdırır

2019-06-19 17:21:00

Facebook şirkəti 2021-2022-ci illərdə marketinq xərclərini ikiqat artıra bilər. Şirkət reklama nə qədər vəsait xərcləyəcəyi barəsində məlumat verməyib. Bu barədə The Wall Street Journal saytına istinadən Vc.ru saytı xəbər verib. Şirkətin marketinq üzrə direktoru Antonio Lucio bildirib ki, Facebook öz nüfuzunun bərpası üçün artıq reklam kampaniyasına start verib.

Belə ki, sosial şəbəkə öz dizaynını dəyişib, 2018-ci ildə isə şirkət sosial şəbəkənin qüsurlarının düzəldilməsi üzrə video təqdim etmişdi. Şirkətin yeni reklam strategiyası Facebook-u, Instagram-ı və Whatsapp-ı əhatə edəcək. Facebook şirkəti yeni reklam strategiyasına nə qədər vəsaitin xərclənəcəyi barəsində məlumat verməyib. Kantar adlı analitik şirkətin hesablamalarına əsasən 2018-ci ildə şirkət ABŞ üzrə marketinqə 382 milyon dollar vəsait xərcləmişdi. 2017-ci ildə isə bu göstərici 50 milyon dollar təşkil etmişdi.

Kantar şirkətinin məlumatlarına əsasən 2018-ci ildə Amazon şirkəti ABŞ üzrə reklama 1.8 milyard dollar, Google şirkəti isə 660 milyon dollar vəsait xərləmişdi. Qeyd etmək lazımdır ki, 2018-2019-cu illərdə Facebook-un adı bir sıra böyük qalmaqallarda hallanmışdı. Belə ki, ilk öncə Cambridge Analytica şirkəti Facebook istifadəçilərinin məlumatlarından ABŞ-da keçirilmiş prezident seçkiləri qabağı kampaniyalarda istifadə etmişdi. Bu il isə şirkət etiraf etmişdi ki, o, uzun illər ərzində milyonlarla istifadəçinin şifrələrini şifrələnməmiş şəkildə saxlayıb.

 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır