İKT

Huawei Çində 14 günə 1 milyondan çox Honor 20 smartfonu satıb
19 İYUN
225

Huawei Çində 14 günə 1 milyondan çox Honor 20 smartfonu satıb

2019-06-19 17:17:00

 Huawei şirkəti özünün Honor brendi altında satışa çıxmış Honor 20 smartfon modelinin satış nəticələrini təqdim edib. Bu barədə ITHome saytına istinadən Gagadget saytı xəbər verib. Honor 20 modeli Çində bu ayın əvvəlində satışa çıxmışdı. Rəsmi məlumatlara əsasən şirkət ilk 14 gün ərzində 1 milyondan çox Honor 20 modeli sata bilib.

    Bundan əlavə olaraq sözügedən smartfon 280-430$ qiymət göstəricili smartfonlar arasında TMall adlı online mağazasında birinci yerdə qərarlaşıb. Smartfon 12 gün ərzində ilk pillədə qala bilib. ABŞ sanksiyaları səbəbilə Honor 20 modeli hələki qlobal bazarda satışa çıxmayıb. Lakin şirkət yaxın zamanda smartfonun bir sıra Avropa ölkələrində satışa çıxmasına hazırlaşır. Avropa bazarında Honor 20 modeli 500 avro qiymətində satılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır