İKT

Abşeron və Sumqayıtda telefonlaşmayan ərazilər telekommunikasiya xidmətləri ilə təmin edilir
19 İYUN
174

Abşeron və Sumqayıtda telefonlaşmayan ərazilər telekommunikasiya xidmətləri ilə təmin edilir

2019-06-19 16:12:00

Yeni nəsil texnologiyalar tətbiq olunmaqla əhaliyə simsiz yüksəksürətli internet xidməti göstəriləcək.

Abşeron və Sumqayıt Telekommunikasiya qovşaqlarının xidmət ərazisində telefonlaşmayan, eyni zamanda qismən telefonlaşan ərazilərdə telefon və internetə olan tələbatı nəzərə alaraq “4G LTE (Long-Term Evolution – Uzunmüddətli inkişaf)” texnologiyası tətbiq edilməklə əhaliyə stasionar telefon və internet xidmətinin verilməsi üçün layihə hazırlanaraq icrasına başlanıb.

Qeyd edək ki, LTE  texnologiyası məlumatların yüksək sürətlə ötürülməsi və məhdud infrastrukturlu ərazilərin çevik şəkildə telekommunikasiya xidmətləri ilə təmin edilməsi kimi üstünlüklərə malikdir. 

LTE baza stansiyalarının artıq müvafiq ərazilərdə tikintisinə başlanıb və yaxın günlərdə əhalinin istifadəsinə verilməsi planlaşdırılır.

İlkin olaraq Abşeron TKQ-nin ərazisində 13 yerdə (Aşağı Güzdək, Qobu, Ceyranbatan, Masazır, Saray, Xocasən qəsəbələri, Xırdalan şəhəri Kombinat adlanan ərazi, Qurtuluş 93 və Yeni Novxanı yaşayış massivləri, Digah, Fatmayi, Məhəmmədi, Novxanı kəndləri) 35 baza stansiyası və Sumqayıt TKQ-nin xidmət ərazisində 4 yerdə (Yaşıldərə və Qurd dərəsi yaşayış massivləri, Corat və  H.Z.Tağıyev qəsəbələri) 9 baza stansiyasının quraşdırılmasına başlanıb.

Tikinti quraşdırma işləri başa çatdırıldıqdan sonra təqribən 3000-ə yaxın abunəçi internet və telefon xidməti ilə təmin ediləcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır